7 May 2021 12:35
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qərarı ilə Qırğızıstana humanitar yardımın göndəriləcəyi bildirilib.

Teleqraf.com xəbər verir ki, Qazaxıstan prezidentinin mətbuat katibi Berik Uali Tokayevin ölkə xalqı adından qardaş Qırğızıstana humanitar yardım göndərməyə qərar verdiyini deyib.

Açıqlamada qardaşlıq, dostluq və strateji tərəfdaşlıq prinsipləri çərçivəsində Qırğızıstana humanitar yardım olaraq 10 min ton unun göndəriləcəyi və Qazaxıstan hökumətinin bu köməyi yerinə yetirmək üçün səy göstərdiyi qeyd edilib.

Aprelin 29-da Qırğızıstan-Tacikistan sərhədində baş verən silahlı qarşıdurmadan sonra qırğız həmkarı Sadır Japarovla telefonda danışan Tokayev Qırğızıstana humanitar yardım göstərməyə hazır olduqlarını bildirmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər