İsrail Qəzza zolağından raket atəşlərinə cavab olaraq "Həmas" qruplaşmasının mövqelərinə zərbə endirir.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat katibi Yonatan Konrisus məlumat verib.
Konrisus bildirib ki, axşam saat 6-dan bəri "Həmas"İsrailə qarşı açıq şəkildə hücum edir: “Bunuİsrailə qarşı çox ciddi bir hücum hesab edirik. “Dəmir Günbəz” raketdən müdafiə sistemi tərəfindən onlarla mərmi zərəsizləşdirilib”.
Mətbuat katibi əlavə edib ki, pilotsuz təyyarə ilə Qəzza zolağında üç “Həmas” zabiti vurulub.
Qeyd edək ki, bazar ertəsi Qüdsə və ölkənin cənubunda yerləşən Aşkelon, Sderot və Qəzza zolağına bitişik ərazilərə hava hücumları olub.
İsrailə edilən raket zərbələrinə görə məsuliyyəti “Həmasın”ın hərbi qanadı “Əl-Qəssam” Briqadası öz üzərinə götürüb.
Fələstin Səhiyyə Nazirliyi İsrailin Qəzzaya etdiyi hava hücumları nəticəsində üçü yeniyetmə olmaqla, 9 nəfərin öldüyünü bildirib.
Konrisus isəöz növbəsində, hərbçilərin bu məlumatları yoxladığını, hələ təsdiq və ya inkar edə bilməyəcəyini vurğulayıb.