31 Oktyabr 2014 17:35
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

Burkina Fasoda hərbçilər ölkə Prezidenti Blez Kompaorenin devrildiyini elan ediblər.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, ötən gün ölkənin paytaxtı Uaqaduquda kütləvi etiraz aksiyaları başlayıb.

Buna səbəb B.Kompaorenin yenidən prezident seçilməsi üçün ölkə konstitusiyasını dəyişmək cəhdi olub.

Bu arada ordu generalı Onore Traore müvəqqəti hökumət yaradıb və ölkə parlamentinin buraxıldığını bəyan edib.

Qeyd edək ki, B.Kampaore 1987-ci ildə hərbi çevriliş nəticəsində hakimiyyətə gəlmişdi.


Müəllif:

Oxşar xəbərlər