24 May 2021 15:55
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərədə qaradərililərin haqların müdafiə edən Saşa Conson başından silahla vurulub.

Teleqraf.com-un məlumatına görə, ölkədə qaraların qurduğu İnsyativ Al Partiyası bəyan edib ki, Conson Londonda qəddar bir hücuma məruz qalıb.

Hazırda reanimasiya şöbəsində müalicə alan 2 uşaq anası və 26 yaşlı aktivistin durumunun ağır olduğu qeyd olunur.

Partiya elan edib ki, hücum aktivistin çoxlu sayda ölüm təhdidi almasının ardınca, bu gün səhər saatlarında baş verib.

London polisi ötən il keçirilən “Qaraların Həyatı Qiymətlidir” adlı aksiyaya liderlik edən 26 yaşlı xanıma hücumlar bağlı məlumatı olanlardan dəstək istəyib.


Müəllif: Cavad

Oxşar xəbərlər