1 İyun 2021 14:18
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Baş Prokurorluğa xarici orqanlarda və məhkəmələrdə ölkənin maraqlarını müdafiə etmək hüququ verən qanun layihəsinin baxılması üçün Dövlət Dumasına təklif edib.

Teleqraf.com xəbər verir ki, sənədin mətni Rusiya mətbuatında yayımlanıb.

Putin “Rusiya Federasiyası Prokurorluğu haqqında” qanuna bu qurumun xarici və beynəlxalq (dövlətlərarası) qurumlarda dövlətin maraqlarını təmsil etməsinə və qorumasına imkan verən müddəanın əlavə olunmasını təklif edib. Qanun layihəsi qəbul edilsə, Baş Prokurorluğun Rusiyanı Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) təmsil edə biləcəyi deyilib.

Rusiya lideri Dumaya Rusiya Konstitusiya Məhkəməsində beynəlxalq qurumların qərarlarına etiraz etmək imkanı verəcək başqa bir layihəni də baxmağa təqdim edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər