4 İyun 2021 00:14
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 114 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 222 min 847 nəfər test edilib, onların 6 min 602-nin koronavirus testi pozitiv nəticə verib, 8 min 540 nəfər sağalıb, min 219 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 47 min 882 nəfər ölüb.

Türkiyədə indiyədək 5 miyon 270 min 299 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 milyon 139 min 993 nəfəri müalicə olunaraq evə buraxılıb


Müəllif: Teleqraf.com