Göyərtəsində 125 nəfər olan gəmi Nyu-York sahillərində quruya çıxıb, bütün sərnişinlər və ekipaj xilas edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Nyu-York şəhər Yanğınsöndürmə Departamentinin “Facebook”da yerləşdirdiyi məlumatda bildirilib.
Gəminin “Seastrek” şirkətinə məxsus olduğu qeyd edilir.
İnsident nəticəsində həyati təhlükəsi olmayan xəsarət alan və xəstəxanaya yerləşdirilən bir ekipaj üzvü istisna olmaqla heç kim xəsarət almayıb.