“İyunun 16-da Rusiya Prezidenti Vladimir Putin və ABŞ dövlət başçısı Co Bayden arasında keçiriləcək görüşdən önəmli gözləntim yoxdur”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, görüşə hazırlaşan ABŞ keçmiş xətalarını düzəltməlidir.
“Rusiya-ABŞ münasibətlərinin yaxşılaşması bərabərlik, qarşılıqlı hörmət, bir-birimizin daxili işlərinə qarışmamaq prinsipləri əsasında mümkün ola bilər”, - Lavrov qeyd edib.