Çin 2030-cu ilə qədər Marsdan nümunələr toplamaq və Yerə çatdırmaq üzrə missiyanı həyata keçirməyi planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bunu Çin Milli kosmik idarəsinin (CNSA) rəsmi nümayəndəsi Sü Hünlian deyib.
"[Önümüzdəki 10 ildə] Çin ölkənin kosmik sənayesinin gücünü artırmağa yönəlmiş böyük elmi və texniki layihələri həyata keçirəcək və planetlərin, ayın kəşfiyyatı, ağır raket daşıyıcıları, pilotlu kosmonavtika, peyk interneti, çoxistifadəli kosmik nəqliyyyat vasitələrinin inkişafı üzrə işləri davam etdirəcək", - nümayəndə bildirib.
"Planetlərin kəşfiyyatı məsələsinə gəldikdə, təxminən 2025-ci ilə kimi hamıda maraq doğuran yerətrafı asteroidlərdən toplanan nümunələrin çatdırılması, 2030-cu ilə qədər isə Marsdan nümunələrin Yerə gətirilməsi üzrə missiyalar həyata keçiriləcəklər", - S.Hünlian əlavə edib.