Avstraliyada gənc bir adam suda sürüklənən ölü balinanın üzərində tapılıb.
Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, işin ən diqqət çəkən tərəfi isə balinanın ətrafında köpək balıqlarının üzməsi olub. Harrison Villiams adlı gənc gəmidə səyahət edərkən, yaralı balinaya yardım etmək üçün suya atılıb.
Ancaq yaxınlaşanda balinanın ölü olduğunu anlayan Villiams ətrafda köpək balıqlarının üzdüyünü görüb və nəhəng balığın üzərinə çıxıb.
Hadisədən bir neçə gün sonra yaxınlıqdan keçən balıqçı gəmisi ilə gənc xilas olub.
Samir