Rusiyanın Ural bölgələrində ac ayıların yaşayış yerlərinə hücumlarının artması Tümendə fəaliyyət göstərən “Aerozol” şirkətini hərəkətə gətirib.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, şirkət “Kontrol-AS” adlı yeni sprey hazırlayıb. İstiot qarışıqlı xüsusi sprey ayıların qorxulu yuxusuna çevriləcək. Bu malı internet mağazalarından 550 rubla (13 dollar) satın almaq mümkündür. 200 qramlıq sprey 4-5 metro qədər təsir dairəsinə malikdir.
Xatırladaq ki, Rusiyanın Tümen regionunda ayı hücumları tez-tez baş verir. Qış yuxusuna getməyən ayılar qidalanmaq üçün yaşayış məntəqələrinə gəlir.
Samir