Rusiya Xarici işlər naziri Sergey Lavrov sabah Türkiyəyə səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Türkiyə XİN-in məlumatında Sergey Lavrovun türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvəti ilə sabah Antalya şəhərinə gələcəyi vurğulanıb.
Qeyd olunub ki, tərəflər arasında keçiriləcək görüşdə türk-rus münasibətləri və regional məsələlər müzakirə ediləcək.