ABŞ-ın paytaxtı Vaşinqtonda tikilməkdə olan binanın dağılması nəticəsində bir neçə nəfər xəsarət alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli xilasetmə xidməti bildirib.
Qeyd edilir ki, dağıntılar altında hələ 1 nəfər qalır.
Uçan kiçik binadır, o tamamilə dağılıb.
"Bir inşaatçını çıxarmaq üçün (bizim əməkdaşlarımız-red) aktiv xilasetmə işləri həyata keçirirlər", - şəhərin tibbi-yanğınsöndürmə xidməti tvitterdəki hesabında yazıb.
Məlumata görə, qəza zamanı xəsarət alanların həyatı üçün təhlükə yoxdur.
Daha əvvəl - iyunun 24-ə keçən gecə Florida ştatının Mayami Deyd dairəsinin Sörfsayd şəhərciyində 12 mərtəbəli bina qismən dağılıb. Qəza nəticəsində azı 18 nəfər ölüb, daha 145 nəfərin taleyi naməlumdur.