Rusiyanın Kamçatka bölgəsində qəzaya uğrayan təyyarədəki bütün sərnişinlər ölüb.
Teleqraf.com xəbər verir ki, bunu ölkənin Fövqəladə Hallar Nazirliyinin əməkdaşı bildirib.
O qeyd edib ki, təyyarənin göyərtəsindəki 22 nəfər sərnişindən və 6 ekipaj üzvündən sağ qalanı yoxdur.
Rusiya Hava Nəqliyyatı Federal Agentliyi də təyyarənin qalıqlarının tapıldığını təsdiqləyib.
***
Rusiyanın Kamçatka bölgəsində radarlardan itən “AN-26” markalı sərnişin təyyarəsinin qalıqları tapılıb.
Rəsmi qurumlar laynerin göyərtəsində olan 22 sərnişinin siyahısını açıqlayıb. Onlar arasında 2 uşaq və Palana qəsəbəsinin başçısı Olqa Moxirevan, qəsəbə səfərbərlik idarəsinin rəisi Aleksandr Andreykin və onun həyat yoldaşı, Palana maliyyə idarəsinin rəisi Olqa Andreykin də var.
***
Rusiyada içində 23 sərnişin və 6 ekipaj üzvünün olduğu AN-26 model təyyarə ilə əlaqə kəsilib.
Teleqraf.com xəbər verir ki, Kamçatkada radarlardan itən təyyarə ilə son dəfə eniş etməyə hazırlaşarkən əlaqə saxlanılıb.
Hazırda olayla bağlı rəsmi açıqlama verilməyib.
AN-26 təyyarəsi Kamçatkadan Palana şəhərinə uçurmuş.
Rusiya mediası təyyarənin uçuş əsnasında hər hansı bir nasazlıqla bağlı məlumat vermədiyini bildirib.
Təyyarənin dənizə düşmə ehtimalı üzərində durulur və hazırda helikopter və təyyarələrlə axtarış-xilasetmə işlərinə başlanıldığı bildirilib.