24 İyul 2021 08:05
1 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son bir neçə gündə ABŞ, Əfqanıstandakı radikal “Taliban” yaraqlılarına edilən hava hücumlarının sayını artırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Washington Post” məlumat verib.

Adı açıqlanmayan iki ABŞ rəsmisi bildirib ki, bu həftə ərzində azı dörd aviahücum həyata keçirilib. Bombalar həmçinin, “Taliban” qruplaşmasının “qala”sı hesab edilən Qəndəhar vilayətinə də atılıb.

Aviazərbələr Əfqanıstanın təhlükəsizlik qüvvələrinin istəyi ilə ya “Taliban”la toqquşmalarda onlara dəstək olmaq, ya da yaraqlıların əlinə keçən silahları və hərbi nəqliyyat vasitələrini məhv etmək üçün endirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər