24 İyul 2021 23:57
1 466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Türkiyə Cümhuriyyətinin qurucu sənədlərindən biri olan Lozanna Sülh müqaviləsinin 98-ci ildönümüdür. Qəhrəman xalqımızın hər cür imkansızlığa, xəyanətə və çətinliklərə baxmayaraq qələbə ilə başa çatan müstəqillik uğrunda mübarizəsi Lozanna Sülh Müqaviləsi ilə beynəlxalq aləmdə də təsdiqləndi.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Cümhuriyyətimizin 100 illiyini qeyd edəcəyimiz 2023-cü ildə iqtisadi, hərbi, siyasi və diplomatik baxımdan daha güclü və firavan bir ölkə olacağıq.Suriyadan Liviyaya, Şərqi Aralıq dənizindən terrorla mübarizəyə qədər fərqli sahələrdə qazandığımız uğurlar ölkəmizin hüquqlarını və mənafelərini qorumaq istəyimizin ən açıq göstəricisidir.

Türkiyə bu mübarizə isiqamətlərinin heç birində müəyyən dairələrin təhdidlərinə və şantajlarına boyun əyməyəcək və beynəlxalq hüquqdan irəli gələn haqlarını müdafiə etməyə davam edəcək, - deyə prezident qeyd edib.


Müəllif: Teleqraf.com