4 Avqust 2021 21:44
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya Hərbi Hava Qüvvələrinin rəsmi Tvitter səhifəsindəki paylaşım Türkiyədə müzakirə mövzusuna çevrilib.

Teleqraf.com xəbər verir ki, Türkiyəyə meşə yanğınları ilə mübarizəsində yardıma gələn İspaniya hərbi hava qüvvələri öz dəstəyini ingilis şair Uilyam Şeksprin sözləri ilə dəstəyini ifadə edib.

Türkiyəyə gələcəkləri məlum olduqdan sonra bunun üçün həyəcanlandıqlarını bildirən ispan hərbçilər sosial şəbəkədə Şekspirin bu sözlərini paylaşıblar:

“Bu dünyaya qardaş olaraq gəlmişik, əl-ələ gəzək, birimiz digərnin önündə yox”.

İspaniya Hərbi Hava Qüvvələrinin mesajı sosial şəbəkənin Türkiyə seqmentində coşquyla qarşılanıb.

Türkiyənin istəyi ilə gələn təyyarələr İspaniya Hərbi Hava Qüvvələrinin “43 Grupo” bölməsinə aiddir. Qrup və təyyarələr xüsusi olaraq yanğınlarla mübarizə üçün yaradılıb.

“43 Grupo” “Canadair” və “Bombardier” təyyarələri ilə yanğınlarla mübarizə aparır. 150 personaldan ibarətdir. “43 Grupo”nun istifadə etdiyi təyyarələr 12 saniyədə 6 min litr su götürmə qabiliyyətinə malikdir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər