16 Avqust 2021 17:21
1 262
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstan Prezidenti Əşrəf Qani ölkədən ən rüsvayçı şəkildə qaçdı və əfqan xalqı tərəfindən ədalət mühakiməsinə cəlb olunmağa layiqdir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin İkinci Asiya departamentinin direktoru Zamir Kabulov deyib.

“Qani Əfqanıstanı tərk etmədi, rüsvayçı bir şəkildə qaçdı. Bu adam iki-üç gün əvvəl Əfqanıstan xalqına televiziya ilə müraciətində iddia edirdi ki, canını verməyə hazırdır. Əslində isə nə baş verdiyini görürsünüz. O, şühbəli səsvermə nəticəsində seçilmişdi, ölkəni pis şəkildə idarə edirdi və rüsvayçı şəkildə başa çatdı. Bu insan haqqında mənim başqa heç bir fikrim yoxdur. O, əfqan xalqı tərəfindən ədalət mühakiməsinə və məsuliyyətə cəlb olunmağa layiqdir”, - deyə rus diplomat bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər