17 Avqust 2021 01:42
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əfqanıstandan ayrılma qərarı doğru idi”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden xalqa müraciətində deyib.

“Əfqan təhlükəsizlik qüvvələrinin öz ölkələri üçün mübarizə aparmadığı bir mühitdə ABŞ əsgərləri də mübarizə aparmayacaq və mübarizə aparmamalıdır.

Təxliyyə əməliyyatına müdaxilə edəcəyi, ya da ABŞ əsgərlərinə hücum edəcəyi halda sərt və sürətli bir şəkildə qarşılıq verəcəyimizi Talibana bildirmişik”, - Prezident qeyd edib.

“Əfqan müharibəsini görən dördüncü prezidentəm və bunu bir sonrakı prezidentə ötürməyəcəyəm. Əfqanıstanın siyasi liderləri öz xalqları üçün bir araya gəlməyi və ölkələrinin gələcəyi üçün müzakirə aparmağı bacarmadı”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər