“Əfqanıstan fəlakətinin müəllifi” adlandırılan keçmiş ABŞ prezidenti Corc Buş bu ölkədə cərəyan edən hadisələrlə bağlı açıqlama verib.
Teleqraf.com-un xəbərinə görə, o, Əfqanıstanda baş verən faciəli hadisələri dərin kədərlə izlədiyini və qaçqınların təhlükəsiz təxliyəsinin təmin edilməsində ABŞ-ın məsuliyyət daşıdığını söyləyib.
“Bürokratik gecikmələr olmadan qaçqınların təhlükəsiz keçidini təmin etməkdə ABŞ hökuməti məsuliyyət daşıyır. Bu məsələnin həlli üçün ABŞ-ın qanuni səlahiyyəti var”, - Buş qeyd edib.