“Taliban” Əfqanıstana nəzarəti ələ almaqla həm də ABŞ-ın keçmiş hökumətə verdiyi "Black Hawk" helikopterlərini, "A-29 Super Tucano" hücum təyyarələrini də ələ keçirib.
Teleqraf.com xatırladır ki, sosial mediada "Taliban" döyüşçülərinin M4 karabinləri, M16 tüfəngləri ilə Humvee və digər zirehli avtomobillərdə görüntüləri ortaya çıxıb.
Mütəxəssislər qeyd edirlər ki, inkişaf etdirilən hava vasitələrinin xüsusi təhsil olmadan istifadəsi mümkün deyil.
Ekspertlər "Taliban"ın əlinə keçən kiçik silahların daha böyük narahatlıq yarada biləcəyi qənaətindədir.
Məlumat üçün qeyd edək ki, ABŞ son 20 il ərzində Əfqanıstan təhlükəsizlik qüvvələrinə xüsusi seminarlar keçməklə yanaşı təchizatına 83 milyard dollar xərcləyib.
Qeyd edilir ki, 2003-2016-cı illər ərzində Əfqanıstan qüvvələrinə 76 min avtomobil, 600 min silah, 163 min rabitə və kommunikasiya təchizatı, 208 ədəd hava nəqliyyat vasitəsi verilib.
Əfqanıstan ordusunun ötən həftə Kabildən qaçmaq üçün istifadə etdiyi ən azı 46 helikopter və təyyarənin Özbəkistanda olduğu məlumdur.