"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər.
Teleqraf.com xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi məlumat verib.
"Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlər nazirləri səviyyəsində danışıqlar aparacaq. Rusiya, Çin və digər ölkələrdən nümayəndələr də iştirak etməlidir", - nazir qeyd edib.
Məsləhətləşmələr sentyabrın 8-də ola bilər.