10 Noyabr 2014 23:33
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pentaqon İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin ölməsi və ya yaralanması faktını təsdiqləməyib.

Teleqraf.com-un xarici KİV-ə istinadən xəbərinə görə, məsələ ilə bağlı Pentaqonun mətbuat katibi polkovnik Stiv Uorren açıqlama verib.

O, deyib: "Bizdə Bağdadinin yaralanması və ya ölümünü təsdiqləyəcək informasiya yoxdur".

İŞİD liderinin ölüm ilə bağlı xəbərlər cümə günü axşam ABŞ-ın aviazərbələrindən sonra yayılıb.

Nihad


Müəllif: