Almaniyada parlament seçkilərinin nəticələri məlum olub. Almaniya Sosial Demokrat Partiyasının (SPD) irəlidədir. 17 illik Kansler Angela Merkeli yaxın 5 il ərzində SDP-nin lideri Olaf Scholz əvəz edəcək.
Teleqraf.com bu seçkilər nəticəsində Almaniyanı idarə edəcək yeni lider-Olaf Scholzun dosyesini təqdim edir:
Olaf Scholzun liderliyində SDP səslərin 25,9 faizini əldə edib.
Yeni alman lider ZDF kanalında bəyan edib ki, Almaniyada praqmatik hökumətin qurulması üçün səlahiyyət ona verilib.
Olaf Scholzun 63 yaşı var. Osanburkda doğulub. Hamburuqda böyüyüb. 1978-1985-ci illərdə Hamburq Universitetində təhsil alıb.
2011-2018-ci illərdə Hamburq şəhərinin bələdiyyə sədri olub. Scholz əmək hüququ sahəsində Almaniyanın ən öndə gedən vəkillərindən hesab olunur. O, eyni zamanda siyasətçidir.
Bələdiyyə sədri olduğu illərdə ilk dəfə federal Məclisə (Bundestaqa) seçilib. 1998-ci ildə deputat kimi fəaliyyət göstərib. O, sosialist gəncliyinin lideri olaraq ortaya çıxıb, 2002-2004-cü illərdə SDP-nin baş katibi kimi fəaliyyət göstərib.
2011-2018-ci illərdə Hamburq əyalətinin Baş naziri vəzifəsini icra edib. 2018-ci ilin martından bu yana Merkel hökumətində maliyyə naziri və vitse-kansler vəzifəsini tutub.
2020-ci ildə Almaniya Sosial Demokrat Partiyası tərəfindən 2021-ci ilin sentyabrında keçiriləcək Bundestaq seçkilərində partiyanın baş nazirliyinə namizəd kimi göstərilib
“Ümid Yurdu: Yeni Alman Gerçəkliyi” kitabının müəllifidir.