27 Sentyabr 2021 14:50
1 305
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Kansleri Angela Merkel hakimiyyət müddəti başa çatdıqdan sonra Berlindəki mənzilində yaşamağa davam edəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, kansler, eyni zamanda Ukermark kəndindəki bağ evindən də istifadə edəcək.

Merkel və əri İoahim Zauer Berlinin mərkəzində mənzillərində yaşayırlar. Bina Şpre çayının sahilində yerləşir. Həmçinin XIX əsrdə tikilmiş binanın yaxınlığından tramvay və metro xətləri keçir. Binanın ətrafında hasar yoxdur, ətraf tamamilə açıqdır.

Binada altı mənzil var, sakinlərinin demək olar ki, hamısı təqaüdçü və pensiya yaşına çatmış insanlardır. Merkel kansler olmamışdan əvvəl də bu mənzildə yaşayıb. Hökumət başçısı olduqdan sonra da buradan çıxmayıb, xidməti evinə köçməkdən imtina edib.

Evin qarşısında nümayişlər keçirilə bilməz və qapıların üstündəki sakinlərin adlarının yazıldığı lövhələrin çəkilməsi də qadağandır. Binanın fotoşəklinin çəkilməsinə icazə verilir.

Dünən Almaniyada Bundestaqa seçkilər keçirilib. Merkel seçkilərdə namizə kimi iştirak etməyib. Beləlikə, Angela Merkelin Almaniyadakı 16 illik hakimiyyət dönəmi başa çatıb. O, yaxınlarda öz kürsüsünü yeni kanslerə təhvil verəcək.

Merkel 2005-ci il noyabrın 22-də kansler seçilib. O, bu vəzifədə ilk qadın olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər