4 Oktyabr 2021 10:22
2 132
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makronun Əlcəzairlə bağlı səsləndirdiyi fikirlər iki ölkə arasındakı gərginliyi yenidən artırıb.

Teleqraf.com xəbər verir ki, Makron Fransanın vaxtilə Əlcəzairdə törətdiyi qətliamları inkar edib.

“Əlcəzairdə xalqın formalaşması araşdırılması lazım olan bir fenomendir. Fransız koloniyasından əvvəl bir Əlcəzairdə xalq vardımı? Bu sualdır. Əlcəzairdə əvvəl koloniyalar var idi. Türkiyənin Əlcəzairdəki rolu və qurduğu hökmranlığını unutdurması məni heyran etdi və orada yeganə müstəmləkəçi olduğumuzu bildirmək qəribədir. Əlcəzairlilər buna inanırlar”, - Fransa lideri qeyd edib.

Fransanın Əlcəzairdəki müstəmləkəçilik fəaliyyəti ilə əlaqədar rəsmi tarixin “əsassız faktlar”la yazıldığını iddia edən Makron bu tarixin ölkəsinə nifrət üzərində qurulduğunu deyib.

“1962 -ci ildən sonra Əlcəzair xalqı bir abidə üzərində formalaşdı. Əsas problem kimi isə Fransa göstərilir”, - prezident vurğulayıb.

O, türkləri “yalan tarix yazmaq”da ittiham edib.

Fransanın Əlcəzairdəki müstəmləkəçilik fəaliyyətlərini və soyqırımlarını görməzdən gələn Makronun açıqlamaları Əlcəzairi qəzəbləndirib.

Əlcəzair prezidentin administrasiyasından verilən açıqlamada Fransa prezidenti yalan danışmaqda ittiham olunub.

“Makronun açıqlaması Fransız müstəmləkəçiliyinə qarşı cəsarətli müqavimətlə (1830-1962 -ci illər arasında) özünü qurban verən 5 milyon 630 000 şəhidin xatirəsinə qəbuledilməz təhqirdir”, - açıqlamada qeyd edilib.


Müəllif: Mənsur Rəğbətoğlu