8 Oktyabr 2021 11:32
2 828
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Milli Kəşfiyyat Təşkilatı Mossadın 33 ildir yoxa çıxan israilli pilot Ron Aradla bağlı informasiya almaq məqsədilə məxfi şəkildə Suriya torpaqlarında İran generalını qaçırdığı iddia edilir.

Teleqraf.com-un məlumatına görə, İsrailin “Tines of Israel” nəşri iddia edib ki, iranlı general sentyabr ayında keçirilən əməliyyatla üçüncü ölkəyə qaçırılıb.

Üçüncü ölkənin Afrika ölkəsi olduğu qeyd edilir. Bildirilir ki, dindirildikdən sonra iranlı general sərbəst buraxılıb.

Qeyd edək ki, İsrail Baş naziri Naftali Bennett Mossad agentlərinin Ron Aradın aqibətinə dair yaxın zamanlarda uğurlu əməliyyat keçirdiyini söyləyib, rəsmi Tehran isə mövzuya dair susmağa üstünlük verir.

Məlumat üçün deyək ki, israilli pilot Ron Aradın idarə etdiyi qırıcı 1986-cı ildə Livan hava sahəsində yerə düşdükdən sonra ehtimal olunur ki, burada İran təsirində olan qüvvələrin əlinə keçib və onunla bağlı son xəbər 1988-ci ildə alınıb.


Müəllif: Nemət