20 Oktyabr 2021 11:22
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın müdafiə qərargahının rəisi, general Nikolas Karter Rusiyanın ölkə üçün ciddi təhdid olduğunu bəyan edib.

Teleqraf.com xəbər verir ki, onun sözlərinə görə, dünya çoxqütblülük epoxasına qədəm qoyur.

“Mən burada Rusiyanın adını çəkmək istərdim. Bizim fikrimizcə, Rusiya ciddi təhlükə yaradır”, - deyə N.Karter Yeni Amerika Təhlükəsizliyi Mərkəzində bildirib.

O əlavə edib ki, Çin Britaniya üçün “xroniki sistem çağırışı”dır.


Müəllif: Səxavət