21 Oktyabr 2021 12:18
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya beynəlxalq ictimaiyyətin böyük narazılığına baxmayaraq Krımda daha bir hərbi təlim keçirib.

Teleqraf.com xəbər verir ki, Qara dənizdə gərginləşən situasiya kontekstində Moskva müasir və iri desant gəmiləri, ən müasir döyüş təyyarələri, tanklar, artilleriya və 4000 əsgərlə həyata keçirilən “desant və müdafiə manevri”nin məqsədinin Krıma mümkün hücumun qarşısını almaq olduğunu açıqlayıb.

Təlimlərə ümumilikdə 100-ə yaxın hərbi gəmi və təyyarələr iştirak edib.

Rusiya Ordusundan verilən açıqlamada Krımda sabitliyi pozmaq istəyənlərə gözdağı verilməsini planlaşdırdığını ifadə edir.

Gəmilər sahilə yaxınlaşaraq çoxlu zirehli maşınlar da endirildi.

Qərb isə regionda sabitliyi pozanın Rusiya olduğunu bildirir.


Müəllif: Nemət