22 Oktyabr 2021 11:23
1 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illər adı skandal və hüquqi problemlərdə çəkilən İspaniyanın ölkədən qaçan kralı Xuan Karlosla bağlı daha bir qalmaqal ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, “Dövlətin quyusu” ləqəbli sabiq polis şefi, ölkənin siyasi və biznes dünyasının yaxından tanıdığı Xose Manuel Villareoxo şantaj ittihamı ilə ifadə verib.

Villarexo İspaniya Milli Kəşfiyyat Mərkəzinin 83 yaşlı Karlosa gizli şəkildə qadın hormonları vurduğunu iddia edib.

Villarexo kəşfiyyat orqanlarının bu addımını Karlosun libidosunun (cinsi istəyin artması) çox yüksək olduğu və dövlət üçün təhlükə yarada biləcəyi üçün etdiyini bildirib: “Mən bunu Karlosun keçmiş sevgilisi Korinna Sayn-Vittgensteindən eşitdim”.

Alman əsilli danimarkalı biznesmen qadın Vittgenştein Karlosla taxta çıxdığı 2004-2009-cu illərdə tanış olub.

Amma bir çox siyasətçi onun bu iddiasına inanmadığını açıqlayıb.


Müəllif: Nemət