24 Oktyabr 2021 22:41
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlkin məlumatlara görə, Özbəkistanda keçirilən prezident seçkilərində 16,03 milyondan çox seçici iştirak edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamhodjayev məlumat verib.

Onun sözlərinə görə, seçici siyahılarına daxil edilən 19,859 milyon vətəndaşdan 16,03 milyondan çox seçici səsvermədə iştirak edib ki, bu da 80,8 faiz təşkil edir.

Bəzi Avropa ölkələrində və ABŞ-da Özbəkistanda prezident seçkiləri davam edir.

Z.Nizamhodjaнev bildirib ki, ilkin nəticələr oktyabrın 25-i saat 16.00-da açıqlanacaq.


Müəllif: Teleqraf.com