18 Noyabr 2021 18:08
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mətbuat konfransında Yunanıstan Baş naziri Kiriakos Mitsotakisi “yalan danışmaqda” günahlandıran holland jurnalist İnqeborq Boygel təhdid edilməsi səbəbiylə ölkəni tərk etməyi düşündüyünü açıqlayıb.

Teleqraf.com xəbər verir ki, jurnalist həyatı üçün təhdidlərin olduğunu deyib.

Boygel mətbuat konfransından bir gün sonra millətçi bir yunanın hücumuna məruz qaldığını bildirib.

Jurnalist bazara naməlum şəxsin atdığı daşın başına dəydiyini və artıq özünü təhlükəsiz hiss etmədiyini deyib.

Beygel əvvəlcə hücuma əhəmiyyət vermədiyini, amma yunan həmkarlarının xəbərdarlıqlarından sonra vəziyyətin ciddiliyini anladığını və Yunanıstanda artıq həyati təhlükəsizliyinin olmadığını qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər