29 Noyabr 2021 17:47
380
12 Punto 14 Punto 16 Punto 18 Punto

43 yaşlı Fransa prezidenti Emmanuel Makron koronavirusa qarşı buster doza vaksin olunub.

Teleqraf.com xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında yazıb.

2020-ci ilin dekabrında koronovirusa yoluxan və mayın 31-də ilk peyvəndi alan Makronun buster doza onun ikinci dozası olub.

Fransa Səhiyyə Naziri Olivier Veran 18 yaşdan yuxarı şəxslərə buster dozasının tətbiqi üçün 3 milyon doza peyvənd təyin edildiyini bildirib.

Makron açıqlayıb ki, yanvarın 15-dən etibarən 18-65 yaş arası bütün fransızlar üçün buster doza peyvəndi məcburi olacaq.

Fransada COVID-19 pasportu olmayanlar restorana, bara, kafeyə, toya, seminara, ticarət mərkəzinə gedə, şəhərlərarası ictimai nəqliyyatdan istifadə edə bilməzlər.


Müəllif: Aysel Azad