Yaponiya koronavirusun yeni "omikron" ştammı ilə əlaqədar dekabrın 1-dən tam peyvənd olunmuş vətəndaşlar və uzunmüddətli viza və ya yaşayış icazəsi olan əcnəbilər üçün yumşaldılmış karantin tələblərini ləğv edir.
Teleqraf.com xəbər verir ki, bu ölkənin Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilimiş məlumatda əks olunub.
Kəskin epidemioloji vəziyyət müşahidı olunan ölkələrdən Yaponiyaya gələn bütün şəxslər, o cümlədən tam peyvənd olunmuş və müvafiq sertifikatı olan şəxslər, iki həftəlik məcburi karantinə alınacaqlar. Həmçinin üç həftə əvvəl iş və təhsil vizası ilə əcnəbilərin ölkəyə girişinə tətbiq edilən güzəştlər ləğv ediləcək.
Yeni tədbirlər təxminən bir ay qüvvədə olacaq. Bu zaman ərzində yeni ştamm haqqında ətraflı məlumat əldə etməyin mümkünlüyü əsas gətirilir. Yaponiyanın baş naziri Fumio Kişidanın sözlərinə görə, bu, iki həftədən üç həftəyə qədər vaxt apara bilər.