1 Dekabr 2021 12:15
1 143
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan, Kipr və Ermənistanın xüsusi təyinatlı qüvvələri təlim keçirib.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, 2021-ci il noyabrın 22-dən 26-dək Yunanıstan-Kipr-Ermənistan üçtərəfli əməkdaşlıq proqramı çərçivəsində “Yaxın Döyüş 2021” təlimləri baş tutub.

Təlimin məqsədi birləşmiş xüsusi təyinatlı qüvvələrin döyüş qabiliyyətinin və döyüş şəraitində qarşılıqlı fəaliyyətinin artırılması olub. Bunlara canlı atəş, hərəkət edən obyektlərə atəş, gecə və səhər şəraitində atışma, yaşayış məntəqələrində ölü və yaralıların müalicəsi daxildir.

Kipr Müdafiə Nazirliyi bildirib ki, Yunanıstan, Kipr və Ermənistan arasında üçtərəfli əməkdaşlıq proqramı ilə birlikdə bu cür təlimlər üç ölkənin silahlı qüvvələri arasında mükəmməl əməkdaşlığı əks etdirir.

Qeyd edək ki, bundan aylar əvvəl Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının birgə təlimləri olub. Ermənistan öz aləmində anoloji təlimlər keçirdiyini nümayiş etdirmək istəyir.


Müəllif: Nemət

Oxşar xəbərlər