Kilsənin tualetindən yüz minlərlə dollar tapılıb.
Teleqraf.com xəbər verir ki, bu təəccüblü olay Kaliforniyanın Lakevood kilsəsində baş verib.
Hələ 7 il əvvəl keşiş Joel Osteen kilsədən yüz minlərlə dolların oğurlandığını bildirmişdi.
2014-cü ildə baş verən bu hadisədən 7 il sonra kilsədə xidməti işləri ilə məşğul olan şəxs tualetin divarındakı daşların yerindən oynadığını fərq edərək onlara diqqət edib. Daşı qaldırdıqdan isə topa-topa pullar yerə düşüb. Bu pulların kim tərəfindən, hansı məqsədlə tualetdə gizlədildiyi, ən əhəmiyyətlisi isə hansı səbəblərdən 7 il ərzində pulların götürülmədiyi müzakirələrə səbəb olub.
“Justin” kimi təqdim edilən pulu tapan şəxs deyib ki, tualet olduqca köhnəlmiş və pis görünürdü: “Kafeli qaldırdıqda 500-ə yaxın zərf yerə düşdü. Buna inana bilmədim”.
Sonradan aydın olub ki, bu pulun qaynağı 2014-cü ildə Lakevood kilsəsində 600 min dollardan çox oğurlanan pullara gedib çıxır.
Polis bəyan edib ki, tualetdə tapılan sərvət 2014-cü ildə baş verən pulların izinə düşməyə kömək edib.
Hələ 2014-cü ildə oğurlanan bu pullarla bağlı məlumat verən şəxsə 25 min dollar mükafat veriləcəyi elan olunmuşdu. Amma hadisənin üzərindən uzun illər keçdiyi üçün Justinə mükafat verilməyəcəyini elan edib.