10 Dekabr 2021 10:51
1 530
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Wall Street Journal" (WSJ) qəzeti ABŞ-ın İrana qarşı iqtisadi sanksiyaların tətbiqini sərtləşdirmək üçün hərəkətə keçəcəyini iddia edib.

Teleqraf.com-un məlumatına görə, nəşrin ABŞ Dövlət və Xəzinə Nazirliyinin yüksək vəzifəli rəsmilərinə istinadən verdiyi xəbərdə bildirilib ki, Vyanada bir müddətdir davam edən İranla nüvə sazişini yeniləmək üçün diplomatik səylər nəticə vermədikcə Tehrana iqtisadi təzyiqlər artacaq.

Xəbərdə bu səylər çərçivəsində xəzinədarlığın Xarici Aktivlərə Nəzarət İdarəsinin rəhbəri Andrea Qackinin də daxil olduğu yüksək səviyyəli ABŞ nümayəndə heyətinin gələn həftə BƏƏ-yə göndəriləcəyi vurğulanıb.

BƏƏ-nin ABŞ-ın ən mühüm müttəfiqlərindən biri olduğuna diqqət çəkilərək, İranın ən böyük ticarət tərəfdaşlarından biri olduğu və Tehranın digər ölkələrlə ticarət və maliyyə əməliyyatları üçün kanal rolunu oynadığı deyilib. Qeyd edilib ki, BƏƏ 9.6 milyard dollarla İranın ikinci ən böyük qeyri-neft ixracatçısı, İrandan isə 4,6 milyard dollarlıq mal alan üçüncü ən böyük qeyri-neft idxalçısıdır.

ABŞ nümayəndə heyətinin BƏƏ-də İranla milyardlarla dollarlıq ticarət aparan neft-kimya şirkətləri ilə yanaşı, digər özəl şirkət və banklarla da görüşəcəyi bildirilib. İrana qarşı sanksiyalara əməl etməyən bank və şirkətlərin həddindən artıq risklərə getdiyi və onlara növbəti mərhələdə buna görə embarqolarla üzləşə biləcəkləri ilə barədə xəbərdarlıq ediləcək.

Vyanada davam edən danışıqlarda irəliləyiş əldə olunmasa, ABŞ-ın BƏƏ-dən başqa regionun digər ölkələrinə də İrana iqtisadi təzyiqi artırmaq üçün səfər edə biləcəyi, İranla iş aparan Malayziya, Türkiyə və Çin şirkətləri ilə danışıqlara başlanılacağı vurğulanıb.

Xəbərdə ABŞ-ın İranın qeyri-qanuni ticarətini izləmək üçün Yaponiya və Cənubi Koreyadakı maliyyə firmaları ilə sıx əməkdaşlıq etdiyi deyilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər