17 Noyabr 2014 21:43
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Taylandda hərbi vertolyotun qəzaya uğraması nəticəsində 9 əsgər həlak olub.

Teleqraf.com-un “Bangkok Post” qəzetinin elektron nəşrinə istinadən xəbərinə görə, faciəli hadisə paytaxt Bangkokun 700 kilometrliyində baş verib.

Qəza səbəbindən Phayao bölgəsində yerə düşən vertolyotdakı əsgərlər həyatlarını itiriblər. Ölən 9 əsgər arasında ordudakı üst səviyyə komandirlərindən Songpon Thongjeenin də olduğu bildirilir.

Hərbi düşərgədən havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayan vertolyot ölkənin şimalındakı hərbi korpusa gedəcəkdi.

Nail Cəlil


Müəllif: