18 Noyabr 2014 07:48
962
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən məşhur futbolçuları "Ebola" virusuna qarşı aksiya keçiriblər.

Teleqraf.com-un FİFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, aksiyada Kriştianu Ronaldo, Qaret Beyl (“Real” Madrid), Neymar, Xavi Ernandes, Jerar Pike (“Barselona”), Didye Droqba (“Çelsi”) daxil olmaqla 10 futbolçu və “Bavariya” klubunun baş məşqçisi Pep Qvardiola iştirak edib.

Aksiya “Birlikdə Ebolaya qalib gələk!” şüarı altında baş tutub. Futbol ulduzları video müraciətlərində Ebola virusunun yaratdığı təhlükələrdən, xəstəliyə yoluxmamaq üçün ehtiyat tədbirlərdən bəhs ediblər.


Müəllif: