18 Dekabr 2021 22:22
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Pussy Riot” qrupunun üzvü Mariya Aleksina nasist simvollarını açıq şəkildə nümayiş etdirdiyi üçün 15 gün müddətinə həbs edilib.

Teleqraf.com xəbər verir ki, qərar Moskvanın Tver rayon məhkəməsi tərəfindən qəbul edilib.

Aleksinanın vəkili Danil Bermanın sözlərinə görə, həbsə səbəb “İnstaqram”da Belarus lideri Aleksandr Lukaşenkonun svastika ilə şəklinin dərci olub.

“Məhkəmə Aleksinanı nasist atributları və ya simvollarının təbliği və ya ictimai nümayişi üzrə inzibati xəta törətməkdə təqsirli bilib”, - deyə vəkil bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər