18 Noyabr 2014 12:46
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ konqresmeni Robert Aderholt Prezident Barak Obamaya məktubla müraciət edərək, ABŞ-ı Azərbaycana dəstək verməyə çağırıb.

Trend-in məlumatına görə, Konqresmen Aderholt öz məktubunda Azərbaycanın ABŞ-ın mühüm müttəfiqi olduğunu, ölkəmizin strateji mövqeyini, Əfqanıstandakı antiterror əməliyyatlarına dəstəyini, Avropanın və İsrailin enerji təhlükəsizliyinə dəstəyini vurğulayıb. O, Bakı-Tbilisi-Ceyhan boru kəməri və Cənub Qaz Dəhlizinin əhəmiyyətini xüsusi qeyd edib.

Amerikalı konqresmen Azərbaycan və ABŞ-ın Xəzər dənizi regionunda uzunmüddətli maraq və çağırışları paylaşdığını və bu əhəmiyyətli dövrdə ABŞ-ın öz müttəfiq və tərəfdaşları ilə münasibətləri saxlamasının önəmini vurğulayıb. Eyni zamanda, konqresmen Prezident Obamanı və dövlət katibi Con Kerrini Azərbaycana səfir təyin olunması prosesini sürətləndirməyə və yüksək səviyyəli administrasiya rəsmisini Azərbaycana səfərə göndərməyə çağırıb.


Müəllif:

Oxşar xəbərlər