29 Dekabr 2021 09:50
1 827
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ F-35 üçün yeni razılaşma imzalayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Pentaqonun açıqlamasında bildirilib.

Pentaqondan verilən açıqlamada “Texas ştatının Fort-Uort şəhərinin Lockheed Martin şirkəti F-35 birgə hücum təyyarəsinin variantını dizayn və inkişaf etdirmək üçün adı açıqlanmayan bir ölkə ilə 50 milyon dollarlıq müqavilə imzaladığı bildirilib.

Pentaqonun dekabrın 27-də verdiyi bəyanatda qeyd olunub ki, sözügedən ölkə Xarici Hərbi Satış Ofisi FMS-nin sifarişçisidir.

Bəyanatda həmçinin, müqavilə üzrə işlərin dörddə üçündən çoxunun Texas ştatının Fort-Uort şəhərində, 14 faizinin isə Kaliforniya ştatının Redondo Beach ərazisində yerinə yetiriləcəyi bildirilib.

“Joint Strike Fighter” proqramı çərçivəsində hazırlanan F-35-in 3 fərqli versiyası var. Standart uçuş və eniş F-35A hava qüvvələri tərəfindən istifadə olunur. Qısa uçuş/şaquli eniş F-35B Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadaları tərəfindən istifadə olunur. Təyyarənin versiyası yalnız təyyarədaşıyıcılarda, F-35C isə yalnız donanma tərəfindən istifadə edilə bilər. Həm F-35B, həm də F-35C təyyarədaşıyan gəmidən qalxa/eniş edə bilir.

İşin harada aparılacağına baxdıqda “Lockheed Martin”in qazandığı 50 milyon dollarlıq müqavilə ABŞ Dəniz Piyadaları Korpusunun, eləcə də Amerikanın İngiltərə və İtaliya kimi müttəfiqlərinin istifadə etdiyi F-35B versiyası üçün ola bilər. Bu səbəbdən, mümkün “gizli” ölkənin İngiltərə və ya İtaliya ola biləcəyi düşünülür. Hazırda “Joint Strike Fighter” proqramının səkkiz tərəfdaşı var, o cümlədən ABŞ, Böyük Britaniya, İtaliya, Hollandiya, Avstraliya, Norveç, Danimarka və Kanada. Bir çox tərəfdaşlarla yanaşı, Yaponiya və Sinqapur ABŞ-dan F-35B-lərin alıcısı olmağa çalışır.


Müəllif: Nemət

Oxşar xəbərlər