Amerika Birləşmiş Ştatlarının (ABŞ) Xarici işlər naziri Con Kerri Qüdsdə yaşanan hadisələrlə bağlı Fələstin dövlət başçısı Mahmud Abbasla telefon danışıqları aparıb.
Teleqraf.com-un Fələstin rəsmi agentliyi “WAFA”-ya istinadən xəbərinə görə, Kerri Abbasla Qüdsdə bir sinaqoqda yəhudilərə təşkil edilən hücum nəticəsində yaranan gərginliyin aradan qaldırılması yollarını müzakirə edib.
Xatırladaq ki, Abbasın başçılığını etdiyi Fələstin Təhlükəsizlik Şurasının yığıncağında gərginliyin sona çatması üçün "sükunət çağırışı" səsləndirilib.
Mahmud Abbas " İsraili Məscidül Əqsaya və digər məscidlərə yönələn pozuntulara son verməyə çağırırıqsa, bizim dinimiz də başqa din mənsublarına zərər verməyimizi haram etmişdir" ifadələrini işlədib.
Nail Cəlil