Qazaxıstanın Cambıl vilayətinin Taraz şəhərində xüsusi əməliyyat zamanı 6 nəfər öldürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan” məlumat yayıb.
Öldürülən 6 nəfər “terrorçu” adlandırılıb.
Əməliyyatda 7 polisin yaralandığı bildirilib. Şəhər meydanlarındakı etirazların dağıdıldığı, ictimai nəqliyyatin hərəkətinin bərpa olunduğudeyilsə də, internet bağlanıb. Hazırda bölgədə vəziyyətin sakit olduğu deyilib.