Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 137 nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.
Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 430 min 253 nəfərin test edildiyi, 74 min 266 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 39 min 226 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.