16 Yanvar 2022 17:41
1 692
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da 13 min il əvvəl Antarktidaya düşən meteoritin qalıqları üzərində aparılan yeni araşdırma əvvəlki tapıntıların əksinə olaraq Marsda həyat izinə rast gəlinmədiyini üzə çıxarıb.

Teleqraf.com xəbər verir ki, Karneci İnstitutunun tədqiqatçısı Endryu Stilin rəhbərlik etdiyi qrup 1984-cü ildə Antarktidada tapılan meteoritdə qırmızı planetdə həyatın olduğuna dair heç bir dəlil tapmadığını açıqlayıb.

Stilin sözlərinə görə, meteoritdə tapılan karbonla zəngin komponentlər çox güman ki, daş üzərində uzun müddət duzlu suyun axması nəticəsində əmələ gəlib. O, Marsda mikroorqanizmlərin olub-olmadığını sübut etmək üçün oradan Yerə nümunələrin gətirilməli olduğunu da qeyd edib.

Tədqiqatçılar təxminən 4 milyard illik meteorit üzərində aparılan araşdırmanın nəticələrini “məyusedici” adlandırıblar.

13 min il əvvəl Antarktidaya düşən və adı “Allen Hills 84001” olan meteorit 1996-cı ildə üzərində qalıq tapılması ilə gündəmə gəlib. Partlayış nəticəsində Marsdan qopduğu güman edilən meteoritlə bağlı araşdırma aparan tədqiqatçılar 3.5 milyon il əvvəl Marsda suyun ola biləcəyi iddiasını irəli sürmüşdülər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər