Fransa Prezidenti Emmanuel Makron fevralın 7-də Rusiyaya, 8 fevralda isə Ukraynaya səfər etməyi planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə Fransa prezidentinin mətbuat xidməti məlumat yayıb.
Rəsmi açıqlamada deyilib: “Makron bazar ertəsi Rusiyaya, çərşənbə axşamı isə Ukraynaya gedəcək”.
Fransa prezidenti bundan əvvəl rusiyalı həmkarı Vladimir Putinlə görüşə biləcəyini açıqlamışdı.
Fevralın 3-də Rusiya və Fransa liderləri arasında telefon danışığı olub, onlar Ukrayna ətrafındakı vəziyyəti və təhlükəsizlik zəmanətini müzakirə ediblər.