12 Fevral 2022 12:45
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin ABŞ-ın “Pfizer” əczaçılıq şirkəti tərəfindən istehsal olunan COVID-19 həbinin təcili istifadəsinə icazə verib.

Teleqraf.com xəbər verir ki, "Paxlovid" adlı dərman üçün təcili istifadə qiymətləndirməsi aparılıb və onun istifadəsinə şərti icazə verilib.

Məlumata görə, dərman zəif və ya orta dərəcədə xəstəlik əlamətləri olan, simptomların irəliləməsinin həyati təhlükə yarada biləcəyi xəstələr üçün nəzərdə tutulur. Dərman yaşlı və ya xroniki böyrək, ürək-damar, ağciyər və ya diabet xəstəsi olanlara reseptlə veriləcək.

“Pfizer” ötən il verdiyi açıqlamada dərmanın COVID-19-a yoluxmuş insanlarda xəstəxanaya yerləşdirmə və ölüm riskini 88 faiz azaltdığını bildirmişdi.

Keçən ay aparılan laboratoriya tədqiqatlarında həbin COVID-19-un yüksək yoluxucu omikron variantına qarşı da təsirli olduğu müəyyən edilib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər