Prezident Rəcəb Tayyib Ərdoğan rus həmkarı Vladimir Putindən müsbət cavab alacağı təqdirdə Türkiyə, Rusiya və Ukrayna prezidentlərinin üçtərəfli görüşünün Ankara və ya İstanbulda keçirilməsinin mümkünlüyünü açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Ərdoğan BƏƏ-dən qayıdarkən jurnalistlərin suallarını cavablandırıb.
“Cənab Zelenski onunla görüşümüz zamanı dedi ki, üçtərəfli görüş ideyasına müsbət yanaşır. Əgər cənab Putin də bu məsələyə müsbət yanaşarsa, ümid edirəm ki, biz İstanbulda və ya Ankarada görüşə bilərik. Bu arada, onunla telefon danışıqları zamanı buna necə baxdığını soruşmaq istəyirəm. Buna uyğun olaraq çalışacağıq. Çünki regionda real müharibə pis əlamətdir”, - Ərdoğan söyləyib.