Ukraynaya qarşı son kiberhücumların ssenarisi Rusiyanın metodlarındandır. Pentaqon işğaldan əvvəl kiberhücum gözlədiyini bəyan edir.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ müdafiə naziri Lloyd Austin deyb.
“Bunun arxasında Rusiyanın dayandığını təsdiqləməyə gəlincə, biz orada baş verənləri qiymətləndirməyə davam edirik. Amma mən qeyd etmək istərdim ki, bu, Rusiya metodologiyalarından götürülmüş ssenaridir”, - Pentaqon rəhbəri deyib.
ABŞ müdafiə naziri deyib: “Bilirsiniz, biz hər hansı bir hücumdan əvvəl kiberhücumları, yalançı bayraq altında hərəkətləri, informasiya məkanında ritorikanın artmasını gözləyirik və bunu getdikcə daha çox görməyə başlayırıq”.
Lloyd bildirib ki, gələn kiberhücum ABŞ və ya NATO-ya təsir edənə qədər ona heç bir cavab verilməyəcək.
Bundan əvvəl Pentaqon rəhbəri bəyan edib ki, Rusiya qoşunlarının Ukrayna sərhədlərinə yaxınlaşmasına qərar verilib və Rusiya öz qan ehtiyatını artırır.